Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Nazir və İcra başçısı Günərzi qayğı mərkəzinə baxış keçiriblər
  • Siyasət

Nazir və İcra başçısı Günərzi qayğı mərkəzinə baxış keçiriblər

rubinroot Fevral 15, 2019
download (7)

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçalarayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə birgə nazirliyin sifarişi ilə rayonda yaradılmış Günərzi qayğı mərkəzinə baxış keçiriblər.

“Rubin.az” xəbər verir ki,mərkəz çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasıməqsədi ilə yaradılıb.Burada 30-dan çox uşaq gündəlik olaraq və gün ərzində yarımstasionar formada  xidmətlərlə təmin edilir. Onların bacarıqlarının artırılması üçün müvafiq işlər aparılır. Bunun üçün uşaqların maraq və qabiliyyətləri nəzərə alınmaqla müxtəlif dərnəklər yaradılıb. Azyaşlıların vaxtlarınınsəmərəli keçməsi məqsədilə onlar üçün müxtəlif mədəni tədbirlər, ekskursiyalar, əyləncə mərkəzlərinə gəzintilər də təşkil olunur.

Mərkəzdə yaradılmış şərait, göstərilən günərzi qayğı xidmətləri nəzərdən keçirilib. S.Babayevgöstərilən sosial xidmətlərdə yeni və daha səmərəli metodların tətbiqi, bu xidmətlərin əsasən reabilitasiya istiqamətində təşkili, əməkdaşların peşəkarlıq səviyyələrinin artırılması  və s. barədə tapşırıqlarını verib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən icra olunan sosial xidmət layihələri çərçivəsində 4 mindən çox uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilir.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
Next: Prezident İlham Əliyev sərəncam imzalayıb

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.