Çərşənbə axşamı, 24 Noyabr 2026 02:12:58 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00
Siyasət

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub

15.02.2019 20:23 · 470 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə birgə özünüməşğulluq proqramı çərçivəsində yaradılmış ayrı-ayrı ailə təsərrüfatlarına baxış keçiriblər.

“Rubin.az” xəbər verir ki,2018-ci ildə Neftçala rayonunda əvvəlki illə müqayisədə 7 dəfə çox olmaqla 91 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb edilib.Həmin şəxslərdən 89 nəfəri biznes-planlarını uğurla müdafiə edərək proqramın iştirakçısı olub. Onlardan artıq 63 nəfərə proqram əsasında mal və materiallar verilib və qalan şəxslərin də mal və materiallarla təminatı davam edir. Verilmiş aktivlər hesabına yaradılan təsərrüfatların böyük əksəriyyəti heyvandarlıq, qalan hissəsi isə xidmət sahələri üzrədir.

S.Babayev proqram iştirakçıları ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının aztəminatlı ailələrin kiçik ailə biznesinə çıxışına imkan yaratdığını vurğulayıb.

O bildirib ki, ötən il  əhatə dairəsi 6,5 dəfə genişləndirilməklə 7,3 minədək şəxsin cəlb edildiyi proqram üzrə bu il də 7-8 min ailənin kiçik ailə təsərrüfatının yaradılması nəzərdə tutulur. Nazir proqram iştirakçılarının onlara yaradılmış bu imkandan düzgün və səmərəli istifadə edərək, qısa müddətdə öz təsərrüfatlarını genişləndirəcəklərinə əminliyini ifadə edib.

Baxış zamanı proqram çərçivəsində qurulmuş təsərrüfatların normal şəkildə idarə edildiyi, proqram iştirakçılarının öz yeni yaradılmış təsərrüfatlarını inkişaf etdirmək üçün səylə çalışdıqları müşahidə edilib.

Özünüməşğulluq proqramı iştirakçıları aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması, onlara sahibkarlığa çıxış imkanı yaradılması üçün aparılan işlərə, bu sahədə xüsusi önəm kəsb edən özünüməşğulluq proqramının həyata keçirildiyinə görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

↑