İki qardaş ölkə – Türkiyə və Azərbaycan ordularının 2023-cü ilin ilk birgə hərbi təlimləri keçirildi. Qarsda keçirilən “Qış təlimi-2023” təlimində Azərbaycan və Türkiyə hərbçiləri bir daha regionda təhlükəsizliyi birgə səylərlə təmin etməyə hazır olduqlarını nümayiş etdirdilər.
RUBİN.AZ xəbər verir ki, təlimlərdən sonra Azərbaycan Televiziyasına (AzTV) müsahibə verən Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Qış təlimləri-2023”ün Azərbaycanla hərbi əməkdaşlığın dərinləşdirilməsi üçün açdığı perpsektivlərdən danışıb.
H.Akar bildirib ki, Türkiyə və Azərbaycan heç bir ölkəni təhdid etmir: “Biz ölkələrimizin, millətimizin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik. İndiki vəziyyətdə çoxlu təhdidlər, risklər var ki, bunlara qarşı tədbir görməyimiz lazımdır. Ona görə də, ordularımız hər zaman hazır vəziyyətdə olmalıdır”.
Müsahibəni təqdim edirik: