Milli Məclisin deputatı Adil Əliyev şəhid ailələrini, qaziləri və müraciət edən vətəndaşları qəbul edib.
RUBİN.AZ xəbər verir ki, bu barədə millət vəkili öz facebook səhifəsində məlumat yayıb.
“Milli Məclisdə növbəti dəfə şəhid ailələrini, qaziləri və müraciət edən vətəndaşları qəbul etdim. Qəbul zamanı müxtəlif məzmunlu müraciətlər tərəfimdən dinlənilərək, bəzilərinin yerindəcə həll edilməsinə nail olundu. Eləcə də, sosial, humanitar, məişət məsələlərinin həll edilməsi ilə bağlı aidiyyəti üzrə məktubların hazırlanması məqsədilə göstərişlər verildi. Ünvanıma daxil olan bütün növ müraciətlər tam, hərtərəfli araşdırılır, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq addımlar atılmaqla, həllinə nail olunur”-deyə Adil Əliyev bildirib.