Çərşənbə axşamı, 24 Noyabr 2026 20:27:24 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
“Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00
Manşet

Hücum əvvəlcədən planlaşdırılıb, terrorun arxasında dayananlar… – Adil Əliyevdən MÜHÜM AÇIQLAMA

28.01.2023 12:59 · 45 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

İran səfirliyimizə edilmiş terrora görə ən azı mənəvi məsuliyyət daşıyır

“Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehranda yerləşən səfirliyinə silahlı terror hücumu olub. Nəticədə səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərov qətlə yetirilib, iki nəfər digər əməkdaş isə yaralanıb. Allahdan şəhidimizə rəhmət diləyir, yaralılarımıza tezliklə sağalmağı arzulayıram”.

RUBİN.AZ xəbər verir ki, bunu Musavat.com-aaçıqlamasında deputat, Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

Deputat bildirib ki, terror hadisəsinin baş verdiyi anın təhlükəsizlik kameralarına düşmüş kadrlarından göründüyü kimi, hücumu törədən fiziki cəhətdən cüssəli, davranış baxımından isə hazırlıqlı və soyuqqanlıdır. Bu isə hücumun təsadüfi və ya şəxsi xarakterli deyil, məhz əvvəlcədən planlaşdırılmış terror hadisəsi olduğun qənaətinə gəlməyə əsas verir:

1655191888113893113_1200x630.jpg (82 KB)

“İran hüquq mühafizə orqanlarının hücum edən şəxsin iki uşağı ilə səfirliyə girdiyini bəyan etsə də, kadrlardan göründüyü kimi orada heç bir uşaq yoxdur. Hadisə qurbanlarının sayı daha çox bilərdi. Yalnız səfirliyimizin təhlükəsizlik xidməti əməkdaşının sayıqlığı, fədakarlıq və qəhrəmanlığı sayəsində terror qurbanlarının sayı daha da artmayıb.

Vyana Konvensiyasına əsasən, İran İslam Respublikası səfirliyimizin təhlükəsizliyinə məsuliyyət daşıyır. Amma İran hökuməti bu vəzifəsini yerinə yetirməyib və yaxud yerinə yetirmək istəməyib. Amma İran heç olmasa hadisənin istintaqını obyektiv surətdə araşdırmalı, terror əməlinin arxasında dayananların aşkar edilib cəzalandırılmasını təmin etməlidir. Bizi bunu İrandan tələb edirik. Əks təqdirdə, İranın Ermənistanla daha bir ortaq xüsusiyyəti bir daha təsbit olunacaq: bu xüsusiyyət terrora dəstək vermək mahiyyətidir”.

Adil Əliyevin sözlərinə görə, İrandakı terrorçulardan bizə qarşı təhdidlər çoxdan eşidilirdi:

“Buna görə də İran hakimiyyətin və müvafiq orqanlarının bu terror hadisəsinin baş verəcəyindən əvvəlcədən xəbərdar olmadıqlarına inanmaq çətindir. Amma hətta fərz etsək, onların bundan əvvəlcədən xəbəri olmayıb, o halda belə, İran hökumətinin, rəsmi dairələrinin və mətbuatının Azərbaycana qarşı apardığı geniş böhtan və düşmənçilik kampaniyasını, eləcə də nifrət çıxışlarını nəzərə aldıqda, İran bu hadisəyə görə ən azından mənəvi məsuliyyət və cavabdehlik daşıyır. İran nə beynəlxalq hüquqa, nə də etikaya sığmayan bu davranışlarına son qoymalı, dinc və normal qonşuluq münasibətlərinə qayıtmalıdır. Qonşu ölkəyə nifrət və düşmənçilik təbliğ etməkdənsə, öz daxili problemlərinə diqqətini yönəltməli və İranda tüğyan edən etirazlara daha həssas yanaşmalıdır”.

 

↑