“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmançılara ən yüksək səviyyədə diqqət və qayğı göstərilir, nəticədə Azərbaycan dünyanın ən öndə olan idman ölkələrindən birinə çevrilmişdir”.
RUBİN.AZ xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Gənclər və idman komitəsinin iclasında bildirib. O, qeyd edib ki, ölkəmiz yalnız idmançılarımızın qazandıqları medallar ilə deyil, eləcə də nüfuzlu idman yarışlarını ən yüksək səviyyədə təşkil edilməsinə görə fərqlənir. “Bu gün bir çox ölkə Azərbaycanın idman yarışlarının təşkili təcrübəsini öyrənir və öz praktikalarında tətbiq etməyə çalışırlar”-deyə Adil Əliyev əlavə edib.