Cümə axşamı, 15 Oktyabr 2026 08:43:00 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Maraqlı

“WhatsApp”ın yeni funksiyası: Bundan sonra…

22.01.2023 11:58 · 63 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“WhatsApp” mesencerində artıq özünüzə mesaj göndərə biləcəksiniz.

RUBİN.AZ  xəbər verir ki, bu barədə proqramın “AppStore”da ən son versiyasının təsvirində məlumat verilir.


Yenilənmədən artıq əksər istifadəçilərin istifadə etməsi mümkündür. Sadəcə yeni çat yaratmaq və kontakt siyahısında özünüzü seçmək lazımdır. Özünüzə mətn mesajları, link keçidləri və ya fotoşəkillər göndərə bilərsiniz.

Funksiya rəqəmsal bloknot və ya vacib məlumatların arxivi kimi faydalı ola bilər. Funksiya “WhatsApp”da davamlı yazışanlar və qeydlər üçün ayrıca proqramdan istifadə etməyənlər üçün daha əlverişli olacaq.

Özünüzə mesaj göndərmək imkanı artıq həm şəxsi, həm də korporativ mesajlaşmaların əksəriyyətində mövcuddur.
oxu.az

↑