Milli Məöclisin sədr müavini, millət vəkili Adil Əliyev Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərimizin müqəddəs xatirələrini yad edib.
“20 Yanvar şəhidləri bizim üçün azadlıq və demokratiya şəhidləridir, kollektiv yaddaşımızda xüsusi yer tutan tarixi bir qəhrəmanlıq səhifəsidir və Qarabağın Ermənistana birləşdirilməsinə qarşı Azərbaycan xalqının sərgilədiyi barışmazlığın simvoludur. Allah şəhidlərimizə rəhmət eləsin, əziz xatirələri qəlbimizdə əbədi yaşayacaqdır”.-deyə Adil Əliyev qeyd edib.
RUBİN.AZ