Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva Rusiyada klubunu dəyişib.
20 yaşlı müdafiəçi “Zenit”ə keçib. Bu barədə Sankt-Peterburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb.Gənc futbolçu Rusiya klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Nigar Mirzəliyeva daha əvvəl Kazanın “Rubin” klubunda çıxış edirdi.