Milli məclisin sədr müavini, millət vəkili Adil Əliyev bu gün Milli Məclisdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin SABAH qrupunun tələbələri ilə görüşüb.
O, Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər, təhsil və idman siyasətləri barədə geniş məlumat verərək, bütün sahələrdə olduğu kimi bu siyasətlərində dövlət başçısı tərəfindən çox böyük uğurla aparılmasını qeyd edib. Gənclərimizin təhsil və sosial müdafiə məsələlərinin həllinin cənab Prezidentin müvafiq tövsiyə və tapşırıqları əsasında həyata keçirilməsini, dövlət başçısı tərəfindən qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-də rəhbər tutulmuş 5 əsas müddəadan biri də rəqabətli insan kapitalı olmasını bildirib. Eləcə də, Milli Məclisin fəaliyyəti barədə geniş məlumat verərək xanım Sahibə Qafarovanın rəhbərliyində parlamentin cənab Prezidentin siyasi xəttinə uyğun olaraq üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdiyini, dövlət başçısının təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin bu sahəyə verdiyi ən böyük töhfələrdən biri olduğunu qeyd edib. Millət vəkili həmçinin, gənclərə gələcək karyera seçimləri ilə bağlı tövsiyə verərək, onları maraqlandıran mövzular ətrafında müzakirələr edib.
” Azərbaycan gəncliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Vətən müharibəsində istər ön cəbhədə, istərsə də arxa cəbhədə qəhrəmanlıq göstərdi. Qalib ölkənin gəncləri kimi artıq daha da qürurludular, eyni zamanda, bu zəfər hamımız kimi gənclərimizdən də daha məsuliyyətli, daha vətənpərvər və daha savadlı olmağı tələb edir”-deyə Adil Əliyev qeyd edib.
RUBİN.AZ