Bazar, 29 Noyabr 2026 18:30:17 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00
İdman

“İki və ya üç oyunçu transfer etmək istəyirik” – Qurban Qurbanov

27.12.2022 07:28 · 68 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Danışıqlar apardığımız bir neçə futbolçu var. İki və ya üç oyunçu transfer etmək istəyirik”.


RUBİN.AZ   report-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “İlin idman yekunları” qala mərasimində jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, bəzən transfer məsələləri düşündükləri kimi alınmır:

“İstənilən halda, yenə də işimizi davam etdirəcəyik”.

Onun sözlərinə görə, son günlər Kadi Borges və Marko Veşoviçlə bağlı xəbərlərin yayılmasında səbəbkar özüdür:

“İstədim ki, səmimi olum. Bunlar 2 günün xəbəri deyil. İlboyu danışıqlar, təkliflər olur. Sadəcə, danışıqların hansı mərhələyə gəlib çatdığı bilinmir. Əcnəbi klubların Kadi Borges və Marko Veşoviçlə maraqlandıqlarını demişəm. Bəzən bir futbolçu ilə müqavilə bağladıqda, oraya oyunçunun özü və ya agenti tərəfindən hansısa bənd qoyulur ki, bu da müəyyən səlahiyyətləri klubun əlindən alır. Belədə gedən futbolçunun qarşısını ala bilmirik. Hər bir halda yenə də ümumi danışıqlarımız gedir”.

Təcrübəli baş məşqçisi braziliyalı yarımmüdafiəçiyə uzun müddətdir maraq olduğunu vurğulayıb:

“Təkcə “Krasnodar” yox, başqa bir neçə ölkənin klubu onu diqqət mərkəzində saxlayırdı. Bunlar normal haldır. Ötən yay Kvabena Ovusu və Leandro Andrade ilə də maraqlanmışdılar. Bizim özümüz də bəyəndiyimiz futbolçuların klubları ilə əlaqə saxlayır, danışıqlar aparırıq. Normal prosesdir. Sadəcə, bu, nə dərəcə bizim xeyrimizə olacaq, qarşıdakı günlərdə və ya aylarda bilinəcək”.

Qurbanov özünə də bəzi təkliflərin gəldiyini gizlətməyib:

“Futbolçularla maraqlandıqları kimi, mənə də agentlər tərəfindən çıxışlar olur. Müəyyən təkliflər irəli sürürlər. Amma mən “Qarabağ”a bağlı insanam”.

İlin yekunlarını da dəyərləndirən mütəxəssis bunları söyləyib:

“2022-ci ili idman ili adlandırmaq olar. Bütün növlərdə çox yaxşı nəticələr qazanıldı. Futbola gəldikdə, bəlkə də Azərbaycanda “idmanın şahı”nın ən yaddaqalan ili oldu. “Qarabağ” olaraq, Çempionlar Liqasının təsnifat mərhələsindəki bütün oyunlarımız çox gərgin və maraqlı alındı. Avropa Liqasının pley-off mərhələsinə düşmək üçün son anadək şansımız var idi. Bütün matçlarda ajiotaj oldu. Azarkeşlər təkcə stadionda deyil, bildiyim qədərilə, kinoteatrlarda, küçələrdə, monitorlarda bizim oyunlarımızı izləyirdilər. Bu, mənə çox xoş təsir bağışladı. Bu il həm çempionluğu, həm ölkə kubokunu qazanmaq, həm də minimum Avropa Liqasının qrupuna düşmək bizim üçün yaxşı nailiyyət oldu. Təcrübəmiz daha da çoxaldı. Yadda qalan il oldu”.

↑