Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan sülhməramlılara məxsus təminat yükünün keçidinə şərait yaradılıb.
APA xəbər verir ki, bu gün Xankəndi istiqamətindən Laçın istiqamətinə doğru 10-dan artıq təminat yükü daşıyan maşın keçib. Bu, bir daha göstərir ki, yol açıqdır, təminat və digər humanitar məqsədli keçid üçün aksiyaçılar tərəfindən şərait yaradılıb.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.