Milli Məclisin sədr müavini Adil Əliyevdən təsirli paylaşım.
Rubin.az xəbər verir ki, Vitse-spiker, Gənclər və idman komitəsinin sədri öz Facebook hesabında bir neçə gen əvvəl Şağan Olimpiya İdman Kompleksində 16 yaşlı idmançı Tural Rüstəmovun öldürülməsindən kədərləndiyini ifadə edib. Facebook hesabında deyilir : “Hər zaman idmançılarımızdan yüksək alicənablıq və qanunlarımıza hörmət tələb edirik. Fiziki cəhətdən sağlam gənclər yetişdirməklə bərabər, idmançılarımızın təlim-tərbiyəsi, onlara dəyərlərimizin aşılanması, eləcə də yüksək intellektə malik olması üçün hər birimiz tam gücümüzlə səy göstəririk. Təəssüf ki, Şağan Olimpiya İdman Kompleksində Tural Rüstəmovun öldürülməsi ilə nəticələnən cinayət hadisəsi baş verdi. Baş vermiş hadisəni şiddətlə qınayır, Allahdan Turala rəhmət, ailəsinə və idman ictimaiyyətinə səbir diləyirəm. Ümid edirəm ki, bir daha belə hallar heç zaman baş verməyəcəkdir.”
Daha sonra Tural Rüstəmovun şəklini paylaşaraq, Allahdan Turala rəhmət və ailəsinə səbir diləmişdir. Adil müəllim idmançılara və gənclərə səslənərək belə halların yol verilməz olduğunu bildirmişdir.