Azərbaycanda hava şəraiti noyabrın 27-ə olan məlumata əsasən qeyri-sabit olub, yağıntılı keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən RUBİN.AZ–a bildirilib ki, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.
Yağış Balakəndə 10.0 mm, Şahbuz, Ağdərədə 9.0 mm, Qaxda 8.0 mm, Şəmkirdə 6.0 mm, Şərurda 5.0 mm, Zaqatala, Naxçıvan, Culfada 4.0 mm, Şəki, Sədərək, Gəncə, Ceyrançöl, Beyləqan, Daşkəsən, Şahdağ, Bərdə, Yevlax, imişli, Sabirabad, Cəfərxan, Ordubad, Binədə 3.0 mm-dək olub.
Gələn həftənin birinci yarısında qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.