“Rusiya Zəngəzur dəhlizi ilə bağlı “marşrut” terminindən istifadə edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə Zəngəzur dəhlizi ilə bağlı suala cavab verərkən deyib.
“Biz “marşrut” terminindən istifadə edirik. Regionda nəqliyyat əlaqələrinin açılması məsələsi Soçidə baş tutan sammitdə müzakirə edilib”, – deyə Zaxarova qeyd edib.
Onun sözlərinə görə, müvafiq işlər üç ölkənin Baş nazirlərinin müavinlərinin sədrliyi ilə Üçtərəfli İşçi Qrup çərçivəsində davam etdiriləcək.