Mətbuat Şurasının İdarə Heyətinin tərkibində dəyişiklik olub.
APA-nın xəbərinə görə, İdarə Heyətinə üzv seçilmiş Niyaz Niftiyev ərizə ilə sədr Rəşad Məcidə müraciət edib.
O, işlərinin çox olması səbəbindən İdarə Heyətinin işində iştirak edə bilməyəcəyini deyib və üzvlükdən imtina edib.
Mətbuat Şurası İdarə Heyəti Niyaz Niftiyevin müraciətini müzakirə edərək, qərar qəbul edib. Jurnalistlərin VIII qurultayında namizədlər arasında olan və N.Niftiyevdən bir səs az toplamış Yeganə Hacıyeva isə İdarə Heyətinin üzvləri sırasına daxil edilib.
Qeyd edək ki, sentyabrın 24-də Azərbaycan Jurnalistlərinin VIII qurultayı keçirilib. Qurultayda 23 nəfərdən ibarət İdarə Heyəti seçilib.
Mətbuat Şurasının sədri vəzifəsinə isə Rəşad Məcid seçilib.