Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələri ötən gecədən başlayaraq Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində təxribat törədib.
“Qafqazinfo”nun məlumatına görə, erməni təxribatının qarşısını alarkən şəhid olan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, kiçik gizir, 2000-ci il təvəllüdlü Nəsirov Ülvi Əsədulla oğlunun nəşi ailəsinə təhvil verilib.
Hərbi qulluqçumuz Saatlı rayonunun Qara Nuru kəndində dəfn edilib