“Gərgin oyun oldu. Vacib 3 xal qazandıq. Matçın asan keçməyəcəyini bilirdik. Qələbə üçün əlimizdn gələni etdik”.
RUBİN.AZ-ın məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “ASCO Arena”da “Səbail”ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.
40 yaşlı mütəxəssis matçın mübarizə şəraitində keçdiyini bildirib: “Sevindirici haldır ki, bizim iştirakımızla keçən oyunlar maraqlı alınır. Daha rahat qələbə qazanmaq istəyərdik. Qarşılaşma çox şən başladı. Hər iki qapıda qollar gördük. Yenidən önə keçən tərəf biz olduq. Bundan sonra da qol imkanları oldu. Amma heç bir tərəf fərqlənə bilmədi. Futbolçularım təbrik edirəm. Mövsümün əvvəlidir. İndi yığılan hər bir xal sonda çox dəyərli olacaq”.
Sarı vərəqə aldığı epizodu da dəyərləndirən baş məşqçi hakimlərin ona sarı vərəqə verməkdən xoşu gəldiyini söyləyib: “Adi bir hərəkətə görə cəzalandırırlar. Artıq buna alışmışam”.
/KONKRET.az