22.08.2022-ci il tarixdə millət vəkili Adil Əliyev şəhid ailələrinin, qazilərin və seçicilərin növbəti qəbulunu keçirib.
Qəbul zamanı qaldırılan sosial, humanitar, tibbi və müxtəlif məzmunlu məsələlər müzakirə edilərək bir qisminin yerindəcə həllinə nail olunub. Habelə müxtəlif məzmunlu sosial, məişət şəraitinin yaxşılaşdırılması və kommunal problemlərin aradan qaldırılması ilə bağlı müraciətlər araşdırılması və həll edilməsi üçün bütün aidiyyəti orqanlara sorğular hazırlanıb. Eyni zamanda vətəndaşların mövcud qanunvericiliklə bağlı sualları cavablandırılıb, qarşılaşdıqları çətinliklərin həlli ilə əlaqədar zəruri məsləhətlər verilməklə, qanunvericiliyin tələbləri izah edilib. Qəbul zamanı şəhid ailələri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Dövlət başçısının vətəndaşların müraciətlərinin dərhal həll edilməsi ilə əlaqədar müvafiq tapşırıqlarına uyğun olaraq, millət vəkili Adil Əliyev tərəfindən ünvanına daxil olan bütün müraciətlərə yüksək həssaslıqla yanaşılır, qaldırılan bütün məsələlərin həll edilməsi məqsədilə zəruri addımlar atılır.