Çərşənbə axşamı, 24 Noyabr 2026 22:01:25 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00
Manşet

Adil Əliyev: “5-ci kolon” barədə son geniş müsahibəm Ramiz Mehdiyevin şəbəkəsinə necə yer edibsə…

25.07.2022 21:46 · 86 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Əziz soydaşlarım, prezident İlham Əliyevin apardığı geniş islahatlar və buna mane olmağa çalışan “5-ci kolon” barədə son geniş müsahibəm radikal müxalifətə, onların xaricdəki söyüşçül “internet bürolarına” və Ramiz Mehdiyevin şəbəkəsinə necə yer edibsə, birləşib mənə qarşı şər və böhtan kampaniyasına başlayıblar”.

Rubin.az xəbər verir ki, bu açıqlama ilə Milli Məclis sədrinin müavini Adil Əliyev çıxış edib.

” Bir daha əmin oldum ki, əslində bu üç qüvvə birgə hərəkət edir, hədəf seçdiklərinin üzərinə birgə “hücum” təşkil edirlər. Eyni mərkəzdən idarə olunduqları aşkardır. “Texnologiyalarında” yeni heç nə yoxdur, şər və böhtanla mənim və ailə üzvlərimin üzərinə gəldiklərini düşünürlər. Deməli xaricdən və buradan idarə olunan və dövləti hədəf alan qruplar tərəfindən maliyyələşən internet kanallar onlara ötürülən “qonaqların” dili ilə mənim və ailə üzvlərimin isimlərini hallandıraraq olmayan hadisələr barədə saatlarla müzakirələr aparırlar. Dövləti və milləti düşünən kəs və internet kanal məni deyil, mənim müsahibəmdəki mesajları müzakirə edər, inkişafa mane olan mövzular ətrafında fikir mübadiləsi aparar. Onların buna marağı yoxdur.
Adil Əliyev və yaxınlarım prezidentin və dövlətin siyasətinə sadiqdir, çalışdığımız vəzifələrdə məmləkətimizin milli və təhlükəsizlik maraqlarına xidmət edir, buna qarşı çıxanlara qarşı isə mübarizəmizi davam etdiririk. Prezident iyulun 25-də bir neçə rayona icra hakimi təyin edərkən məmurları bir daha xəbərdar etdi, rüşvətə bulaşanların, torpaq satanların sonunun olmadığını xatırladı. Cənab Prezidentin atdığı bütün addımlarda olduğu kimi bu mübarizədə də dövlət başçısının yanındayıq. Mübarizəmiz eyni zamanda rüşvətxorları, mülkünü vətəndaşdan üstün tutan məmurları keçmişdə və indi irəli sürməyə çalışan həmin “5-ci kolona” və kolonun başında gedən Ramiz Mehdiyev kimilərə qarşıdır. Kimlərlə mübarizə apardığımızın fərqindəyik, bunu bizə qarşı müxtəlif istiqamətlərdən şər və böhtan kampaniyasının təşkli də göstərir. Nəticə verməyəcək, çünki biz çoxluqdayıq və onlara qarşı mübarizədə 1990-cı illərin əvvəllərindəki anarxiyanın təkrarlanmasını istəməyən və xarici qüvvələrin əlində alət olmaq istəməyən xalqa arxalanırıq!”-deyə Adil Əliyev əlav edib.
↑