Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Bu gündən sakinlər Ağalı kəndinə köçürülür – Fotolar
  • Manşet
  • Siyasət

Bu gündən sakinlər Ağalı kəndinə köçürülür – Fotolar

rubinroot İyul 19, 2022
agali

“Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülür. Ümumilikdə isə 41 ailədən 201 nəfər növbəti 5 gün ərzində Ağalıya köçürüləcək”.

RUBİN.AZ  xəbər verir ki, bunu Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

Xüsusi nümayəndə qeyd edib ki, ilkin mərhələdə kənd sakinlərinin Ağalıda yaşaması üçün bütün infrastruktur qurulub.

“Bu ay ərzində 41 ailə Ağalı kəndinə köçürüləcək. Növbəti aylarda da köçürmələrin baş tutacağı gözlənilir. Hazırda ümumilikdə Ağalı kəndinin 1457 sakini var. Onlarda 1357 nəfər bu kəndə yaşamaq niyyətini bildiriblər” – Vahid Hacıyev deyib.

Qeyd edək ki, proses 4 mərhələdə həyata keçiriləcək. Prosesin birinci mərhələsində 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Ağalıya gedəcəklər arasında ortayaşlı sakinlər üstünlük təşkil edir. Vətəndaşların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq.

“Qafqazinfo”







About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Adil Əliyev: Yeni müqavilə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafına xidmət edəcək
Next: Şəkidə bir qəsəbədən 58 nəfər zəhərləndi – 38-i uşaqdır

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.