Çərşənbə axşamı, 24 Noyabr 2026 22:09:24 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00
Manşet

Adil Əliyev: Yeni müqavilə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafına xidmət edəcək

19.07.2022 11:06 · 89 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsindən sonra 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin, 2022-ci il fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması regionda yaranmış yeni geosiyasi reallıqları beynəlxalq səviyyədə təsbit etdi. Təqdirəlayiq haldır ki, Azərbaycan, eyni zamanda, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal və aparıcı üzv kimi uğurlu xarici siyasət yürüdür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

Adil Əliyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev iyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədəki çıxışında yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı önəmli sənədin imzalanacağını, Avropa İttifaqı ilə əməkdaşlığın daha yüksək səviyyəyə qalxacağını qeyd etdi. Ümumiyyətlə, Azərbaycan Avropa İttifaqı ilə fəal əməkdaşlıq edir. Qurumla yeni əməkdaşlıq müqaviləsinin hazırlanması üzərində iş gedir, artıq bir sıra məsələlər razılaşdırılıb. Yeni müqavilənin imzalanması Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafına xidmət edəcək.

Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqının rəhbərliyi, xüsusən də Avropa İttifaqının Prezidenti arasında görüşlər və telefon danışıqları baş tutub. Həmin görüş və danışıqların əsas mövzusu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasıdır. Bu fakt özü də onu göstərir ki, Vətən müharibəsində Zəfərimizin nəticələri Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurum və ona üzv olan aparıcı dövlətlər tərəfindən də tanınır.

Qeyd edilməlidir ki, dünyanın supergüc dövlətlərindən biri olan ABŞ-la münasibətlər də uğurla inkişaf edir. Əsas güc mərkəzləri, böyük dövlətlər və beynəlxalq təşkilatlar ilə qurduğumuz uğurlu əməkdaşlıq, eləcə də qonşu ölkələrlə əlaqələrimizin inkişafı hazırda dünyanın bir çox yerlərində münaqişə, gərginlik və böhranların hökm sürdüyü bir dövrdə Azərbaycan üçün çox vacib müsbət beynəlxalq imic yaradır. Beynəlxalq səviyyədə mövqelərimizin güclənməsi, ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərimizin inkişafı Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması baxımından da əlverişli və arzuolunandır.

“Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması istiqamətində bəzi müsbət addımlar atılmaqdadır. İki ölkə arasında dövlət sərhədlərinin delimitasiyası üzrə işçi qrupun ilk iclası keçirilib. Gələn ay işçi qrupun ikinci görüşünün keçirilməsi nəzərdə tutulur. Sülh müqaviləsinin hazırlanması üçün Azərbaycanın irəli sürdüyü beş baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk dəfə ikitərəfli formatda görüş keçiriblər. Bu görüş iyulun 16-da Tbilisidə baş tutub. Qeyd olunan müsbət addımlara baxmayaraq, hələlik real nəticələr əldə edilməyib. Belə ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməkdən boyun qaçırır. Belə ki, Ermənistan öz silahlı qüvvələrini Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən çıxarmaq və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək Zəngəzur dəhlizinin qurulması ilə bağlı üçtərəfli Bəyanatda təsbit edilmiş öhdəlikləri yerinə yetirmək istəmir”, – deyə Adil Əliyev əlavə edib.

Milli Məclis sədrinin müavini bildirib ki, son vaxtlar Ermənistan status məsələsini yenidən gündəmə gətirmək, ATƏT-in Minsk qrupunu dirçəltmək üçün uğursuz cəhdlər edir. Azərbaycan isə belə mənfi təzahürləri nəzərə alaraq, bir tərəfdən diplomatik cəbhədə səmərəli və intensiv fəaliyyət aparır, digər tərəfdən isə ordu quruculuğu və hərbi sahədə islahatlar həyat keçirir.

Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurlar, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlarla yanaşı, 2022-ci ilin ilk altı ayı ərzində ölkədaxili sahələrdə, o cümlədən iqtisadi, sosial, energetika, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, digər prioritet istiqamətlərdə də ciddi işlər görülüb. Həmin dövrün yekunlarına nəzər saldıqda bu fəaliyyətin müvəffəqiyyəti və geniş miqyası aydın şəkildə göz önündə canlanır.

↑