Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Qaziləri təhqir edən ictimai fəal HƏBS OLUNDU
  • Manşet

Qaziləri təhqir edən ictimai fəal HƏBS OLUNDU

rubinroot İyul 13, 2022
abid

Özünü ictimai fəal kimi təqdim edən Abid Qafarov həbs edilib.

Modern.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsində bir qrup qazi tərəfindən onun barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətə baxılıb.

Məhkəmənin qərarı ilə, Abid Qafarov 1 il müddətə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Hər bir maddə üzrə ona 6 ay həbs cəzası təyin edilib. A.Qafarov məhkəmə zalında həbs edilərək birbaşa cəzaçəkmə müəssisəsinə aparılıb.

Qeyd edək ki, Abid Qafarov qaziləri təhqir etməkdə, onları “müti” adlandırmaqda ittiham olunurdu.

O, 2020-ci ildə deputatlığa namizəd olub.

Abid Qafarov həbsindən öncə məhkəmənin binası qarşısında jurnalistlərə açıqlamasında Tərtər hadisələrilə bağlı araşdırmalarına görə cəzalandırıldığını iddia etmişdi.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Qazaxda iki avtomobil toqquşdu – Ölən var
Next: Yoluxanların sayı ARTDI

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.