Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • 2022-ci ilin QIZIL TOPU üçün beş favorit – FOTO
  • İdman

2022-ci ilin QIZIL TOPU üçün beş favorit – FOTO

rubinroot İyul 8, 2022
photo1657258721-768x403

Mütəxəssislər 2022-ci ildə dünyanın ən yaxşı futbolçusu adı uğrunda mübarizə aparacaq beş favoritin adını açıqlayıb.

Reytinqi “The Football Faithful” portalı açıqlayıb.

5. Robert Levandovski

Robert Levandovski son iki mükafatın favoritlərindən biri olan, lakin heç vaxt bu mükafatı qazana bilməyən son dövrlərin ən uğursuz oyunçularından biridir.

Keçən il o, cəmi 29 liqa oyununda möhtəşəm 41 qol vuraraq Bundesliqada rekordunu qırıb, lakin Amerika Kubokunda uğur qazanan Messidən sonra ikinci olub.

33 yaşlı futbolçu bu mövsüm ən yaxşısını etməyə çalışıb və inanılmaz qollar vurub. Beləliklə, o, bütün yarışlarda qapılardan 50 qol keçirib və ardıcıl 5-ci mövsüm Bundesliqanın bombardiri olub.

Bununla belə, “Bavariya”nın Çempionlar Liqasındakı uğursuz kampaniyasından sonra onun “Qızıl top”u almaq şansı azdır.

4. Kilian Mbappe

Kilian Mbappe bu mövsüm üstünlük qazanan başqa bir addır və fransız ardıcıl dördüncü mövsümü Liqa 1-in bombardiri kimi bitirib.

Mbappe keçən yay Lionel Messinin gəlişinə baxmayaraq PSJ-nin lideri olaraq qalır və 2021/22 mövsümündə həm qol, həm də ötürmələrdə divizionun birincisidir.

3. Məhəmməd Salah

Salah bu mövsüm 31 qol vurub və İngiltərə futbolunda bir neçə kubok qazanıb.

2. Sadio Mane

Sadio Mane “Liverpul”un “Qızıl top” üçün ikinci favoritidir.

Seneqal bu ilin əvvəlində ilk dəfə Afrika Millətlər Kubokunu qazandıqdan və Sadionun özü turnirin ilin oyunçusu seçildikdən sonra Manenin şansları artıb.

1. Kərim Benzema

Kərim Benzema möhtəşəm mövsümdən sonra Qızıl topun favoritidir. “Real Madrid”in forvardı 2021/22 mövsümündə karyerasının ən yaxşı mövsümünü keçirib.

Benzema bütün yarışlarda 46 oyunda 44 qol vuraraq, sözsüz ki, Avropanın ən adlı-sanlı oyunçusu olub.

34 yaşlı futbolçu ilk Piçiçi kubokunu qazanaraq bu mövsüm İspaniyanın bombardiri olub və Çempionlar Liqası zamanı parlayıb. O, Paris Saint-Germain və Chelsea üzərində qələbələrdə parlaq het-triklərə imza ataraq, 15 qolla turnirə başçılıq edib.

KONKRET.az 

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Neft bahalaşıb – SON QİYMƏT
Next: Almaniya Ukraynaya 200 ədəd zirehli transportyor verməkdən imtina edib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.