Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.

RUBİN.AZ xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma baş tutacaq.

Cavab görüşləri iyulun 12-si və 13-də oynanılacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

6 iyul

18:00. “Tobol” (Qazaxıstan) – “Ferentsvaroş” (Macarıstan)

20:00. “Budye Qlimt” (Norveç) – “Klasksvik” (Farer adaları)

20:00. HIK (Finlandiya) – RFŞ (Latviya)

21:30. “Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya)

22:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova)

22:15. “Maribor” (Sloveniya) – “Şaxtyor” (Soliqorsk, Belarus)

22:30. “Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan)

Qeyd edək ki, ilk oyun günündə Azərbaycan çempionu “Qarabağ” Polşada “Lex”ə 0:1 hesabı ilə uduzub.