Çərşənbə axşamı, 24 Noyabr 2026 22:27:25 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00
Manşet

“Siz ölməməlisiniz” – Zelenski belaruslara MÜRACİƏT ETDİ – VİDEO

27.06.2022 06:40 · 109 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Ukrayna Prezidenti Volodimir Zelenski belaruslara müraciət edərək, Aleksandr Lukaşenkonun onları müharibəyə cəlb etdiyi barədə xəbərdarlıq edib.


Bu barədə o, ənənəvi videomüraciətində bildirib.

“Mən bu gün Belarus vətəndaşlarına müraciət etmək istərdim. İnsanlara – həm mülki şəxslərə, həm də uniformalılara. Sizi müharibəyə cəlb edirlər. Həm də fevralda və yaz aylarında olduğundan daha fəal şəkildə. Artıq Kreml hər şeyi həll edib. onlar üçün sizin həyatınız heç bir şey deyil. Amma siz qul deyilsiniz və “qurban” deyilsiniz. Siz ölməməlisiniz. Və sizin yerinizə heç kimin qərar verməyə imkan verməmək iqtidarındasınız.

Mən bilirəm ki, Belarus xalqı müharibəni deyil, bizi, mütləq bizi dəstəkləyir. Və buna görə də Rusiya rəhbərliyi sizi müharibəyə sürükləmək istəyir”, – Zelenski deyib.

O, Ukraynaya raket atan rus pilotlara da müraciət edib.

“Ukraynaya raketlərin buraxılmasını təmin edən bütün pilotlar, dispetçerlər, texniklər və digər şəxslər başa düşməlidirlər: biz sizin hamınızı tapacağıq. Hər biriniz bu zərbələrə görə məsuliyyət daşıyacaqsınız. Əgər kimsə bunu edərək məsuliyyətdən yayınacağını düşünürsə ki, əmr belə idi – yanılırsınız. Raketləriniz yaşayış binalarına dəyəndə, bilin ki, bunlar müharibə cinayətləridir. Hamınızı bu məhkəmə gözləyir. Siz isə heç bir yerdə gizlənə bilməyəcəksiniz – nə raketləriniz olan Xəzər dənizinin sahillərində, nə də Belarusda… Heç yerdə”, – prezident bildirib.

Xatırladaq ki, iyunun 24-də şəhərdəki yaşayış binalarını, məktəbləri və xəstəxanaları dağıtmağı planlaşdıran Rusiya təxribat qruplarının Belarusun Mozır ərazisinə gəlişi məlum olub. Bu, Ukraynanın hava zərbələrinə cavabı kimi təqdim edilə bilər.

İyunun 25-nə keçən gecə Belarus ərazisindən Ukrayna ərazisinə iri raket və bombalı hücum həyata keçirilib. Ukrayna kəşfiyyatı hesab edir ki, bu, Rusiya Federasiyasının Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün genişmiqyaslı təxribatı olub.

Bu arada, Müharibə İnstitutu diktator Aleksandr Lukaşenkonun Rusiya adından Ukraynaya qarşı müharibəyə girməsini çətin hesab edir.

KONKRET.az

↑