Milli Məclisin sədr müavini Adil Əliyev Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə birlikdə bu gün Şəhidlər xiyabanını ziyarət edib.
Rubin.az xəbər verir ki, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi hörmətlə anılıb, məzarlarının üzərinə tər çiçəklər düzülüb və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyuldu. Qonaqlara şəhidlər xiyabanının tarixi, qəhrəmanlarımızın keçdikləri döyüş yolu barəsində geniş məlumat verildi.