“Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü test yürüş başa çatıb.
Oxu.Az xəbər verir ki, bir saat davam edən yürüşdə yenə ən yaxşı nəticəni Serxio Peres göstərib.
“Red Bull” komandasının meksikalı pilotu dövrəni 1 dəqiqə 43,170 saniyəlik göstərici ilə başa vurub. Onu dünənki ikinci test yürüşünün qalibi Şarl Lekler (“Ferrari”) və “Red Bull”un digər pilotu Maks Ferstappen izləyib.
Qeyd edək ki, bu gün saat 18:00-da pilotlar sıralama turuna çıxacaqlar.
15:00
Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü test yürüş başlayıb.
Oxu.Az xəbər verir ki, yarışın bir saat davam edəcəyi gözlənilir.
Qeyd edək ki, ötən gün test yürüşlərində “Red Bull”dan meksikalı Serxio Peres və “Ferrari”dən monakolu Şarl Lekler ən yaxşı nəticəni göstəriblər.