Cümə axşamı, 15 Oktyabr 2026 13:19:21 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Təhsil

Direktorla valideyn arasında iddia edilən saçyolduya RƏSMİ MÜNASİBƏT

11.02.2019 13:38 · 1. 832 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Xəbər verdiyimiz kimi sosial şəbəkədə məktəblərdən birində  əlbəyaxa dava olan video yayılıb.İddia olunur ki, hadisə Gəncə şəhərində yerləşən “10” nömrəli məktəbdə qeydə alınıb,valideynlə direktor arasında baş verib.

Məsələ ilə əlaqədər  Gəncə Şəhər Təhsil İdarəsindən “Rubin.az”-ın sorğusuna cavab olaraq bildirilib  ki, Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə baş verən  hadisə direktorla müəllim arasında deyil,  məktəbin müəllimi Səyyarə Musayeva ilə beşinci sinif şagirdi Toğrul Cəfərinin valideyni Aynurə Ələkbərova arasında baş vermişdir.

Bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi tərəfindən araşdırılma aparılır. Araşdırmanın nəticələri barədə mətbuata açıqlama veriləcəkdir.
↑