Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb.
Oxu.Az-ın xəbərinə görə, Elşad Quliyevin baş məşqçi olduğu komanda B qrupundakı üçüncü görüşündə Albaniya ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 48-ci dəqiqədə Mirmehdi Rzayev vurub. Bundan beş dəqiqə əvvəl isə rəqibin futbolçusu Olsyan Lama ikinci sarı vərəqə alaraq meydandan qovulub. Bu nəticədən sonra milli qrupda xallarının sayını altıya çatdırıb və pley-off mərhələsinə vəsiqəni təmin edib.
Qeyd edək ki, millimizin pley-offdakı rəqibinin adına III turun matçları başa çatdıqdan sonra aydınlıq gələcək.