Albaniya Xalq Assambleyasının (birpalatalı parlament) deputatları Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Bayram Beqayı ölkənin yeni prezidenti seçiblər.
Məlumata görə, Beqay 78 səs qazanıb ki, onlardan 74-ü hakim Albaniya Sosialist Partiyasının deputatlarına məxsus olub.
Beləliklə, Beqay ölkənin səkkizinci prezidenti olacaq və iyulun 24-də hazırkı prezident İlir Metanın səlahiyyət müddəti başa çatdıqdan sonra bu vəzifəni icra edəcək.(oxu.az)