Futbol üzrə İspaniya milli komandası UEFA Millətlər Liqasının A liqasının 2-ci qrupunun ilk turunda Portuqaliya yığması ilə öz meydanında heç-heçə edib.
“Report”un məlumatına görə, görüş Sevilyadakı “Benito Villyamarin” stadionunda keçirilib.
İspanların heyətində qolu Alvaro Morata (25-ci dəqiqə) vurub. Portuqaliyalı Rikardo Orta isə 82-ci dəqiqədə hesabı bərabərləşdirib. Növbəti oyunda ispanlar Çexiya, portuqallar isə İsveçrə ilə qarşılaşacaq. Hər iki görüş iyunun 5-də baş tutacaq.
Qeyd edək ki, Millətlər Liqasının hazırkı püşkatması tarixdə üçüncüdür. Qrup mərhələsinin oyunları 2-14 iyun və 22-27 sentyabr tarixlərində keçiriləcək. Turnirin hazırkı qalibi Fransa komandasıdır.