Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoldaşlıq oyununu keçirib.
“Report” xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 3:0 hesablı qələbə qazanıb.
Ümid Səlimovun dubl etdiyi görüşdə digər qolu Şahin İbrahimov vurub.
Bu komandalar arasında növbəti qarşılaşma mayın 27-də oynanılacaq.