İsraildə “Meymun çiçəyi” xəstəliyinə ilk yoluxma halı aşkarlanıb.
Axar.az xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.
Xəstəliyə yoluxan şəxs 30 yaşlarında kişidir. Onun paytaxt Təl-Əvivdə xəstəxanaların birinə yerləşdirildiyi, vəziyyətinin isə normal olduğu bildirilir.
Qeyd edək ki, “Meymun çiçəyi” xəstəliyi İngiltərə, İspaniya, Portuqaliya, ABŞ, İtaliya, İsveç, Belçika, Avstraliya və Kanada kimi ölkələrdə də aşkarlanıb.