Cümə axşamı, 15 Oktyabr 2026 13:19:55 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Gündəm

Bu gün qəbul imtahanı var

21.05.2022 06:53 · 136 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.

DİM-dən RUBİN.AZ-a  verilən məlumata görə, bu imtahanda 21 min 521 abituriyentin iştirakı gözlənilir.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

↑