Çərşənbə axşamı, 24 Noyabr 2026 23:09:40 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00
Gündəm

Spiker İsveçrədə daha bir görüş keçirdi

10.05.2022 21:23 · 236 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti mayın 10-da İsveçrə Konfederasiyasına rəsmi səfəri çərçivəsində ölkənin Federal Assambleyasının Kantonlar Şurasının sədri Tomas Hefti ilə görüşüb.

Modern.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Tomas Hefti Sahibə Qafarovanın parlamentin spikeri kimi bu ölkəyə ilk səfərinin ölkələrimiz və qanunvericvi orqanlarımız arasında münasibətlərin genişləndirilməsinə töhfə verəcəyini bildirib. O, parlamentlərin əməkdaşlığının dövlətlər arasında münasibətlərin inkişafında özünəməxsus rolunu qeyd edərək, ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Xüsusilə, iqtisadi sahədə əlaqlərin daha da zənginləşdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə görə, minnətdarlığını bildirib. O, dost və tərəfdaş ölkələr olan Azərbaycan və İsveçrə arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib.

Azərbaycan və İsveçrənin qanunverici orqanları arasında əlaqələrdən danışan spiker parlamentlərimiz arasında mövcud olan əməkdaşlıqdan məmnunluğunu bildirib. O deyib ki, müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi qanunverici orqanlar arasında əlaqələrin daha da genişlənməsinə xidmət edir. Parlament komitələrinin qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi, komitələrin əməkdaşlığı münasibətlərin daha da dərinləşməsi üçün yeni imkanlar yarada bilər.

Görüşdə spiker Sahibə Qafarova Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoyulması, işğal dövründə Ermənistanın binaları, infrastrukturu, o cümlədən mədəni və dini abidələrimizi tamamilə məhv etməsi, hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq və bərpa işləri barədə məlumat verib. O, qeyd edib ki, hazırda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üzrə səylər davam etdirilir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə keçirilmiş üçtərəfli görüşdə müəyyən razılaşmalar əldə olunub və Ermənistan Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü 5 prinsipi qəbul edir. Azərbaycan regionda daimi sülh və sabitliyin təmin olunmasını istəyir və ümid edirik ki, tezliklə iki ölkə arasında sülh müqaviləsi imzalanacaqdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

↑