Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • İlham Əliyev israilli həmkarını təbrik edib
  • Gündəm
  • Manşet

İlham Əliyev israilli həmkarını təbrik edib

rubinroot May 3, 2022
W1siZiIsIjIwMjIvMDUvMDMvMTMvMzUvMDgvODVkN2VjM2QtNDM1My00YWExLTk1NjgtNzFjMDc0YmZjMmU4L2lMSEFNIMmZTMSwWUVWLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDEzIyJdXQ

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb.

RUBİN.AZ xəbər verir ki,  məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında uğurla inkişaf edən dövlətlərarası münasibətlərin təməlində tarixən dostluq, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayan xalqlarımızın iradəsi dayanır.

Bu gün Azərbaycan-İsrail əlaqələrinin əhatə dairəsinin genişlənməsi, bir sıra mühüm sahələrdə ölkələrimizin fəal əməkdaşlığı məmnunluq doğurur. Şübhəsiz,

Təl-Əvivdə ölkəmizin Ticarət və Turizm nümayəndəliklərinin açılması əməkdaşlığımızın inkişafına, insanlararası təmasların artmasına töhfə verəcəkdir.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakını xüsusi qeyd etmək istəyirəm.

Hesab edirəm ki, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini genişləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İsrail xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Prezident və xanımının şəhid ailəsi ilə görüşü – VİDEO
Next: Özünü qazi kimi təqdim edən dilənçi saxlanıldı – Video

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.