Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Avropa çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
  • İdman

Avropa çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

rubinroot Aprel 28, 2022
01e650b7-2049-32ef-b3b0-4cf7dce01ad9_850

Aprelin 29-da Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək cüdo üzrə Avropa çempionatının püşkü atılıb.

“Report”un məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan təmsilçilərinin də ilk rəqibləri bəlli olub.

Yarışın birinci günündə kişilərdən Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, İbrahim Əliyev (hər ikisi 66 kq), qadınlardan isə Şəfəq Həmidova ilə Ramilə Əliyeva mübarizəyə qoşulacaq.

Aprelin 30-da Rüstəm Orucovla Hidayət Heydərov (hər ikisi 73 kq) tatamiyə çıxacaqsa, sonuncu gündə Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) medal qazanmağa çalışacaq.

Ağayev, Yusifov, Nəcəfov, Əliyev, Heydərov, Orucov, Mehdiyev və Qasımov 1/16 finaldan, Kokauri, Həmidova və Əliyeva 1/8 final mərhələsindən mübarizəyə başlayacaq.

Kişilər

60 kq

1/16 final. Balabəy Ağayev – Savva Karakizidi (Yunanıstan)

1/16 final. Əhməd Yusifov – Riko Bernabeu (İspaniya)

66 kq

1/16 final. Yaşar Nəcəfov – Radu İzvoryanu (Moldova)

1/16 final. İbrahim Əliyev – Tal Fliker (İsrail)

73 kq

1/16 final. Hidayət Heydərov – Adam Stodolski (Polşa)

1/16 final. Rüstəm Orucov – Coşua Qrin (İrlandiya)

90 kq

1/16 final. Məmmədəli Mehdiyev – David Klammert (Çexiya)

100 kq

1/16 final. Elmar Qasımov – Sedrik Olivar (Fransa)

+100 kq

1/8 final. Uşangi Kokauri – İves Ndao (Belçika)

Qadınlar

48 kq

1/8 final. Şəfəq Həmidova – Françeska Milani (İtaliya)

1/8 final. Ramilə Əliyeva – Katarina Koşta (Portuqaliya)

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
Next: Sumqayıtdakı yanğının baş verməsinin ilkin səbəbi AÇIQLANDI

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.