Cümə axşamı, 15 Oktyabr 2026 14:39:04 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Gündəm

30 mindən çox abituriyent ərizəsini təsdiqləyib

21.04.2022 10:59 · 218 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a bildirilib ki, ərizələr aprelin 25-i saat 23:59-dək qəbul olunacaq. Aprelin 21-i saat 09:30-a olan məlumata görə, 30 min 23 (Azərbaycan bölməsi -29 min 195; rus bölməsi – 828) abituriyent ərizəsini təsdiq edib.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolu ilə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər.

Sənəd qəbulu haqqında elanın tam mətni Mərkəzin saytında yerləşdirilib.

↑