Bazar, 29 Noyabr 2026 15:43:01 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
Elm

Məktəbimizə adı verilən şəhid İbrahim Şahmərdanovun ailəsi ilə birlikdə yaşayıram-Gənc müəllim

06.02.2019 23:12 · 1. 184 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
Quba rayonunun ümumtəhsil məktəblərində son illər fəaliyyətə başlayan yeni müəllimlər arasında gənclər üstünlük təşkil edir. Hazırda rayonun təhsil ocaqlarında 3 mindən çox pedaqoq şagirdlərə elmin sirlərini öyrədir. Onlardan 120 nəfəri ötən il müəllimlərin işə qəbul müsabiqəsində uğur qazanaraq Qubaya işləməyə gələnlərdir.
Bakı şəhərindən olan gənc müəllim Nigar Bəşirova artıq ikinci tədris ilidir ki, Quba rayonundakı İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində çalışır.
Gənc pedaqoq Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra pedaqoji fəaliyyətə Quba rayonunda başlayıb. Nigar Bəşirova işini sevdiyini, yolun uzaqlığının onun üçün ciddi çətinlik yaratmadığını deyir. Doğma şəhərindən uzaqda müəllimlik etməsi ilə qürur duyur.
“Şəhərdə böyümüş bir qız üçün yeni bir mühitə uyğunlaşmaq istər-istəməz müəyyən çətinliklər yaradır. Amma səbir və inamla istənilən problemin öhdəsindən gəlmək mümkündür. Müəllimlik müqəddəs, eyni zamanda, yaradıcı işdir. Müəllimlik peşəsi məsuliyyət tələb edir. Xüsusilə də biz gənc müəllimlər daha diqqətli olmalıyıq. Çünki biz cəmiyyətimizin sabahı olan nəsillə işləyirik və səhvə yol verməməliyik”, – deyə N.Bəşirova bildirir.
Gənc müəllim tarix fənnini fərqli üslubda tədris edir. Onun sözlərinə görə, bunun sayəsində şagirdlər bu dərsə böyük maraq göstərirlər. Nigar Bəşirova bütün bacarıq və istedadından istifadə edərək şagirdlərinə tarix fənnini sevdirməyi bacarıb.
O deyir ki, kənddə yaşaması üçün lazımi şərait yaradılıb. “İşlə təmin olunduqdan sonra əsas məsələ kənddə yaşayacağım evi müəyyənləşdirmək idi. Hazırda mən məktəbimizə adı verilən şəhid İbrahim Şahmərdanovun ailəsi ilə birlikdə yaşayıram. Şahmərdanovlar ailəsində ilk gündən hörmət və qayğı ilə əhatə olunmuşam. Evdə hər cür şərait var. Rahat şəkildə sabahkı günün dərslərinə hazırlaşa bilirəm.
Bu gün tək Qubada deyil, respublikamızın hər yerində bizim kimi gənc müəllimlər işlə təmin olunurlar. Vaxt var idi bölgələrdə, xüsusən də ucqar kəndlərdə fənn müəllimləri çatışmırdı. Hazırda dövlət səviyyəsində bu çətinliyin aradan qaldırılması üçün davamlı işlər görülür. Əvvəllər hətta rayon və kəndlərdən olan gənclər ali məktəbi bitirdikdən sonra geri qayıtmaq istəmirdilər. İndi isə dövlət tərəfindən bir sıra güzəştlər tətbiq edilir, gənclərə həvəsləndirici imtiyazlar verilir. Bu isə mənim kimi gənc müəllimlərin ucqar yaşayış məntəqələrində yerləşən məktəblərdə həvəslə çalışmağımıza stimul yaradır”, – deyə gənc müəllim vurğulayıb.
İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində 415 şagird təhsil alır. Onların təlim–tərbiyəsi ilə 35 pedaqoq məşğul olur. Qəçrəş kəndində 600 yerlik müasir məktəb binası Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramının ikinci mərhələsi çərçivəsində inşa edilib.
///AZƏRTAC
↑