Bazar, 29 Noyabr 2026 18:00:05 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
İdman

Çempionlar Liqası: Yarımfinalın ilk 2 iştirakçısı bəlli olacaq

12.04.2022 08:08 · 131 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək.

“Report”un məlumatına görə, bununla da yarımfinalın ilk 2 iştirakçısı bəlli olacaq.

Turnirin əsas favoritlərindən olan İspaniya “Real Madrid”i İngiltərənin “Çelsi” klubunu qəbul edəcək. Londondakı ilk matçda 3:1 hesablı qələbə qazanan “kral klubu” üstünlüyünü qorumağa çalışacaq. Görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Meydan sahiblərinin heyətində Eder Militao cəzalı, Eden Azar və İsko zədəli olduğu, Xesus Valyexo isə koronavirusa yoluxduğu üçün meydana çıxa bilməyəcəklər. Qonaqlardan isə Ben Çiluel, Sesar Asplikueta və Romelu Lukaku zədə səbəbindən oynamayacaqlar.

Gecənin digər matçında Almaniya “Bavariya”sı evdə İspaniya “Vilyarreal”ı ilə üz-üzə gələcək. İlk görüşdə 1:0 hesablı qələbə qazanan La Liqa təmsilçisi növbəti dəfə sensasiya etmək arzusundadır. Matçın baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq.

Münhen təmsilçisindən Niklas Züle, Erik Şupo-Motinq və korenten Tolisso zədəlidir. Qonaqlardan isə Alberto Moreno eyni səbəbdən oyunu buraxacaq. Bulay Dianin isə meydana matçda iştirakı sual altındadır.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

12 aprel

23:00. “Real Madrid” (İspaniya) – “Çelsi” (İngiltərə)

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun – 3:1

23:00. “Bavariya” (Almaniya) – “Vilyarreal” (İspaniya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

İlk oyun – 0:1

Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək. “Liverpul” İngiltərədə Portuqaliya “Benfika”sını, Madrid “Atletiko”su isə İspaniyada İngiltərənin “Mançester Siti” klubunu qəbul edəcək.

↑