Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Doktoranturaya sənəd qəbulu BAŞLADI
  • Təhsil

Doktoranturaya sənəd qəbulu BAŞLADI

rubinroot Aprel 5, 2022
TAG_3269

Aprelin 5-də portal.edu.az vasitəsilə ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start verilib.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari və növbəti addımları izləyə bilərlər.

Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər ingilis dili imtahanlarında iştirak etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, müraciətlərin elektron formada qəbulu prosesin daha çevik, rahat və keyfiyyətli təşkilinə şərait yaradacaq. Tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə edə biləcəklər.

Bununla yanaşı, qeydiyyatın portal üzərindən aparılması gələcəkdə yeni inteqrasiya olunmuş xidmətlərin təqdim olunmasına və təhsil pilləsinin elektronlaşdırılmasına şərait yaratmış olacaq.(oxu.az)

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Nazirlikdən kombilərin məhdudlaşdırılması ilə bağlı ÇAĞIRIŞ
Next: BMT-nin iclası başladı – Zelenski çıxış edir

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.