Bazar, 29 Noyabr 2026 17:52:14 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
İdman

Cüdoçularımızın “Böyük dəbilqə”də ilk rəqibləri müəyyənləşdi

01.04.2022 10:00 · 136 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bu gün Antalyada start götürəcək “Böyük dəbilqə” turnirində cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, ümumi mükafat dəyəri 154 min avro olan yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunacaq.

Yarışın birinci günündə kişilər arasında 60, 66, qadınlar arasında isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Belə ki, kişilər arasında 60 kiloqram çəki dərəcəsində Turan Bayramov Felipe Dakruz (Livan), Rövşən Əliyev Dilşot Xalmatov (Ukrayna), 66 kiloqram çəkidə Yaşar Nəcəfov Adonis Diaz (ABŞ), Orxan Səfərov isə ABŞ-ın digər təmsilçisi İsaiah Ramirez-Lusian Bors Domitresku cütünün qalibi ilə qarşılaşacaq.

Qadınlar arasında isə 48 kiloqram çəki dərəcəsində Şəfəq Həmidova Andrea Stojadinov (Serbiya), Leyla Əliyeva Aliani Kubkarbonnel Julian (Kuba), 52 kiloqram çəkidə Gültac Məmmədəliyeva Qaxar İrmaqambetova (Qazaxıstan) ilə mübarizə aparacaq.

Turnirin ikinci günündə qadınların yarışında Günel Həsənli (70 kq) Lidya Brançeva (Bolqarıstan) ilə, kişilər arasında isə Rüstəm Orucov (73 kq) Denislav İvanov (Bolqaristan) – Hektor San Roman Çavez (Kuba) cütünün qalibi, Telman Vəliyev Coşua Qrin (İrlandiya), Elcan Hacıyev (81 kq) Jim Heyjman (Hollandiya), Murad Fətiyev Kedrik Kalonqa (Konqo Demokratik Respublikası) ilə qarşılaşacaqlar.

Yarışın üçüncü günündə isə kişilər arasında Rüfət İsmayılov (90 kq) Qeorqi Qramatikov (Bolqaristan), Elmar Qasımov (100 kq) Qriqori Minaskin (Estoniya), Zelim Kotsoyev Nulixan Şarxan (Qazaxıstan) – Mərt Şişmanlar (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. Yüz kiloqramdan yuxarı çəki dərəcəsində cüdoçularımız İmran Yusifov Marius Fizel (Slovakiya), Uşanqi Kokauri Mirça Kroytoru (Rumıniya) – Lorenzo Aqro Silvayn (İtaliya) cütünün qalibi ilə görüşəcək.

Aprelin 3-də başa çatacaq yarışda 63 ölkədən 500-dən çox cüdoçu mübarizə aparacaq.

↑