Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Azərbaycanı Bakıdakı Dünya Kubokunda 6 idman gimnastı təmsil edəcək
  • İdman

Azərbaycanı Bakıdakı Dünya Kubokunda 6 idman gimnastı təmsil edəcək

rubinroot Mart 26, 2022
b19ce9f2-31b1-3644-b9f1-3bf8b1bb3bf0_850

Martın 31-də Bakıda start götürəcək kişi və qadınlar arasında idman gimnastikası üzrə Dünya Kuboku üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

“Report”un Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, dörd gün davam edəcək yarışda 7 idmançı mübarizə aparacaq.

Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa) və Nikita Simovov (halqa) kişilərin, Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) və Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) qadınların yarışına qatılacaq.

Azərbaycanın gimnastika növləri üzrə bu il təşkil edəcəyi dördüncü beynəlxalq yarışda 35 ölkədən 151 idmançı qüvvəsini sınayacaq. İlk iki yarış günündə təsnifat, sonrakı iki gün final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Təsnifat yarışlarına 7 manat, final mərhələlərinə isə 12 manat qiymət qoyulan biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə etmək olar.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.

Qeyd edək ki, Dünya Kuboku Milli Gimnastika Arenasında keçiriləcək.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Ermənistan XİN rəhbəri Qarabağda ermənilərin qazsız qalmasında Rusiyanı günahlandırdı
Next: Azərbaycanda koronavirusa YOLUXMA VƏ ÖLÜM SAYI açıqlandı

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.