Cümə axşamı, 15 Oktyabr 2026 11:25:33 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Dünya

Ərdoğan İlham Əliyevə təşəkkür etdi – Təhvil verilən FETÖ-çüyə görə

05.02.2019 21:40 · 705 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Xəbər verdiyimiz kimi, ötən ay FETÖ-nün Azərbaycandakı məsul şəxsi, bağlanan “Zaman” qəzetinin Bakı mətbəəsinin sahibi İbrahim E.  təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatda saxlanılaraq Türkiyəyə təhvil verilib.

“Rubin.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT” telekanalına müsahibəsində ölkənin Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ-yə qarşı hansı tədbirləri görməyindən, eləcə də bu məsələdə ona dəstək olan ölkələrdən bəhs edib.

Türkiyə prezidenti sonuncu dəfə Azərbaycanın FETÖ-nün əsas adamlarından birini bu ölkəyə verdiyini xatırladaraq Prezident İlham Əliyevə təşəkkür edib: “Qardaşım İlham Əliyevə təşəkkür edirəm. Bir müddət öncə Azərbaycan bu təşkilatın əsas fiqurlarından birini bizə təhvil verdi”.

Ərdoğan buna qədər də oxşar ekstradisiyalar olduğunu qeyd edərək Kosovonun 7 cinayətkarı təhvil verdiyini söyləyib.

Türkiyə prezidenti ölkədə FETÖ-yə qarşı aparılan əməliyyatların davam edəcəyini, onların hər yerdə-dövlət idarələrində, polislər, hərbçilər arasında olduğunu vurğulayıb.

↑