Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • İlham Əliyev fərman imzaladı
  • Gündəm
  • Manşet

İlham Əliyev fərman imzaladı

rubinroot Mart 16, 2022
images

Prezident İlham Əliyev “Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi arasında əmək sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

RUBİN.AZ  xəbər verir ki, sənədə əsasən, 2021-ci il iyulun 13-də Bakı və Ər-Riyad şəhərlərində imzalanmış “Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi arasında əmək sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib.

Bu Fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə bildiriş göndərəcək.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Peyvəndin təbliği ilə bağlı yeni layihəyə start verildi
Next: Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.