Milli Məclisin sədr müavini, Millət vəkili Adil Əliyev Qazaxıstanda təşkil edilmiş beynəlxalq elm və praktiki konfransa məktub ünvanlayaraq, Axısxa türklərinin məruz qaldığı məcburi yerdəyişmə, 1989-cu il tarixində baş verən “Fərqanə hadisələri” nəticəsində etnik mənsubiyyətinə görə insanların öldürülməsinin ağır faciə olmasını bildirib.
RUBİN.AZ xəbər verir ki, daha sonra konfrans iştirakçılarına insanlıq tarixinin ən böyük cinayətlərindən biri olan Xocalı soyqırımı barədə geniş məlumat verərək, qurbanlar üçün hələ də beynəlxalq ədalətin bərpa olunmamasını qeyd edib.