Cümə axşamı, 15 Oktyabr 2026 17:15:16 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Gündəm

Orduda modernləşdirmə işləri aparılır – Prezidentin köməkçisi

11.03.2022 17:56 · 152 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında dövlətimizin başçısı İlham Əliyevin Türkiyəyə işgüzar səfəri oldu. Səfər çərçivəsində dövlət başçıları Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik zəmnində inkişaf edən əlaqələrimizin müxtəlif aspektlərini nəzərdən keçirdilər”.

Modern.az-ın xəbərinə görə, bunu Azərbaycanı Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Real TV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu xüsusda Azərbaycanla Türkiyə arasında enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərinə baxılıb:

“Nəqliyyat sahəsi konteksində burada Zəngəzur dəhlizinin əhəmiyyətini qeyd etmək lazımdır. Çünki Azərbaycan və Türkiyə bu dəhlizin inkişafı istiqamətində birgə səylər göstərirlər. Burada İğdır-Naxçıvan yolunun çəkilməsi məsələsi də var. Görüşdə həmçinin İğdır-Naxçıvan istiqamətində qaz kəmərinin çəkilməsi məsələsi də gündəmə gətirildi. Azərbaycanın dövlət büdcəsində bununla əlaqədar müxtəlif vəsaitlər və investisiya imkanları da ayrılıb. Dövlət başçıları tərəfindən Türkiyə Azərbaycan əməkdaşlığının tərkib hissələrindən biri olan hərbi, hərbi-texniki, hərbi təlim və tədris sahəsindəki əməkdaşlıq məsələləri də müzakirə olunub. Qeyd edilib ki, bu sahədə də ölkələrimiz arasında çox sıx əməkdaşlıq vardır. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq da Azərbaycan Ordusunda müxtəlif modernləşdirmə işləri aparılır və bunlar da qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə baş verir”.

↑