Çərşənbə, 25 Noyabr 2026 00:29:44 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
25 Noyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00
Gündəm

Prezident iranlı naziri qəbul etdi – Foto

11.03.2022 13:50 · 126 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Prezident İlham Əliyev martın 11-də İranın yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

RUBİN.AZ  xəbər verir ki, nazir və Dövlət Komissiyasının həmsədri Rüstəm Qasimi İran Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev İranın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Seyid İbrahim Rəisiyə çatdırmağı xahiş edib.

Görüşdə bölgədə yaranmış yeni reallıqların əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı qeyd edilib. Xüsusilə nəqliyyat sahəsində bu gün imzalanacaq Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun önəmi vurğulanıb. Bu, dostluq əlaqələrimizin təzahürü kimi dəyərləndirilib və onun imzalanmasının yeni nəqliyyat yollarının açılmasına xidmət edəcəyinə əminlik ifadə olunub. Yeni dəhlizin həm nəqliyyat, həm də elektrik enerjisi üçün önəmli bir beynəlxalq dəhliz olacağı qeyd edilib. Vurğulanıb ki, bu gün Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir qolu olacaq yeni nəqliyyat yolunun işə salınması istiqamətində çox mühüm addımlar atılır və bu, həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində əməkdaşlıq üçün gözəl zəmin yaradacaq.

Görüşdə İran şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə işə başlamalarından məmnunluq ifadə olunub.

Söhbət zamanı Azərbaycan və İran arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın həm ölkələrimiz, həm bölgə üçün, həm də beynəlxalq səviyyədə önəmi bildirilib. Bu baxımdan aviareyslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

↑