Millət vəkili Milli Məclisin Sədri Sahibə xanım Qafarovanın rəhbərlik etdiyi Parlament fəaliyyət göstərdiyi bu müddət ərzində istər qanunların qəbulunda, istərsə də ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulmasında, inkişafında olduqca mütərəqqi xidmətlər göstərir. Yeni çağırış Milli Məclisin ilk iclası zamanı Prezident İlham Əliyevin proqram xarakterli çıxışında qeyd etdiyi istiqamətlər üzrə deputat həmkarımla bərabər üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün var gücümüz ilə səy göstəririk.
Milli Məclisin fəaliyyətinə bundan sonra da uğurlar arzu edir, qarşıya qoyulmuş məqsədlərə nail olacağımıza səmimi qəlbdən inanıram.
Adil Əliyev
Milli Məclisin sədr müavini, Millət vəkili